7 ay işlədi və işini itirdi

15.09.2026 12:25 360
Dünya futbolu
Bu il “Bazel”də növbəti dəfə baş məşqçi dəyişikliyi zəruri sayılıb.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik Ştefan Lixtştaynerlə əməkdaşlığa son qoyub. İsveçrə klubunun mətbuat xidmətinin məlumatında qərara komandanın yeni mövsümə qeyri-qənaətbəxş start verməsinin səbəb olduğu qeyd edilib.

Lixtştayner komandaya bu ilin yanvarında təyinat almışdı. “Bazel” İsveçrə çempionatında 7 turdan sonra 5-ci yeri tutur.

Qeyd edək ki, 42 yaşlı Lixtştayner bundan əvvəl yerli “Vettsvil Bonştetten” klubunu çalışdırıb.