18 ildən sonra vətəninə qayıtdı

15.09.2026 10:52 90
Dünya futbolu
Xames Rodrigesin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, kolumbiyalı futbolçu 18 ildən sonra vətənində çıxış edəcək. O, “Atletiko Nasyonal”ın sıralarına keçib.

Kolumbiya klubunun mətbuat xidmətinin məlumatında 35 yaşlı yarımmüdafiəçu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalandığı bildirilib.

Xamesin əvvəlki klubu “Minnesota Yunayted” olub. O, ABŞ klubunun heyətində bu il 6 matçda meydana çıxıb. Rodriges karyerası ərzində “Enviqado”, “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bavariya”, “Everton”, “Əl-Rayyan”, “Olimpiakos”, “San Paulu”, “Rayo Valyekano” və “Leon” klublarında da çıxış edib.