Azərbaycanlı voleybolçu Çində bürünc medal qazandı

9.01.2023 11:39 262
İdman / Premyer-liqa
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında çıxışlarını başa vurublar.

Football-plus.az xəbər verir ki, Çin Liqasında "Şenzen Jonqsay" klubunun şərəfini qoruyan voleybolçular komandası üçüncülük uğrunda "Fujian" klubu ilə qarşılaşıb. İki qələbəyə kimi keçən mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu çempionatın bürünc medalına sahib çıxıb.

Voleybolçular komandalarının bürünc medal qazanmasında mühüm pay sahibi olublar.