Azərbaycanlı xanım Avropa çempionu oldu

11.03.2022 23:50 638
İdman
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

62 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Anna Fabiana 6:2 hesabı ilə qalib gələrək qitə çempionu olub.

53 kq-da yer alan Gültəkin Şirinova isə yarışın bürünc medalını qazanıb. O, həlledici dueldə Beatris Ferenti tam üstünlüklə (11:1) yenib.

Beləliklə, Azərbaycanın qadın güləşi millisi çempionatı 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub.

Xatırladaq ki, daha əvvəl Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) bürünc mükafata sahib çıxıb.