38 yaşında “daha bəsdi” dedi

15.09.2026 10:00 27
Dünya futbolu
Nəhayət, Maurisio İsla çoxdan gözlənilən qərarı verib: çilili futbolçu karyerasını başa vurduğunu bəyan edib.

"Football-plus.az" xəbər verir ki, 38 yaşlı müdafiəçi bu ilin yanvarında azad agent kimi “Kolo Kolo”dan ayrılmışdı. Sonuncu matçını 2025-ci ilin noyabrında Çili çempionatında keçirən Maurisio karyerası ərzində “İndependyente”, “Universidad Katolika”, “Flamenqo”, “Fənərbaxça”, “Kalyari”, “Marsel”, KPR, “Yuventus” və “Udineze”də də çıxış edib.

Çili yığmasında keçirdiyi 144 oyunda 5 qol vuran və 19 məhsuldar ötürmə edən futbolçu 2015 və 2016-cı illərdə Amerika Kubokunun qalibi olub.