AFFA İntizam Komitəsi "Kəpəz"i 5 min manat cərimələyib.
"Football-plus.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Gəncə təmsilçisinin cərimələnməsinə səbəb Misli premyer-liqasının 5-ci turunda "Qəbələ" ilə görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsi və bu halın cari mövsümdə 2-ci dəfə təkrarlanmasıdı.
Azarkeşləri "Kəpəz"i 5000 manat ziyana saldı
Ölkə futbolu






