Pedro Neto klubundan aldığı yeni təklifi müsbət cavablayıb.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı hücumçu “Çelsi” ilə yeni müqavilə imzalayıb. London klubunun rəsmi saytının məlumatına görə, 26 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2032-ci ilin yayına qədərdi.
Neto “Çelsi”də 2024-cü ilin yayından çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Cari mövsümdə isə 5 matçda 2 qol vurub.
“Transfermarkt”ın məlumatına görə, futbolçunun hazırkı dəyəri 60 milyon avrodu.
Daha 6 il “zadəgan” sayılacaq
Dünya futbolu






