Vüsal İsgəndərlinin çıxış etdiyi "Malişeva" Kosovo superliqasında 6-cı turun oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, səfərdə “Lapi” ilə keçirilən görüş "Malişeva"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Vüsal 41-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, 30 yaşlı yarımmüdafiəçinin cari mövsümdə superliqada 4-cü qolu olub. O, ötən tur "Gjilani" ilə görüşdə (3:1) het-trik etmişdi.
Hazırda “Malişeva" 13 xalla 2-ci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu olan lider "Priştina"dan 2 xal geridədi.
Vüsal Kosovada dördüncü qolunu vurdu
Dünya futbolu






