“Sabah” Misli premyer-liqasının 2026/27 mövsümünə ardıcıl dörd quru hesablı qələbə ilə başlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bakı təmsilçisinin bu nəticəsi ölkə çempionatları tarixində yüksək dəstədə dördüncü belə seriyadı.
Daha əvvəl “Xəzri” 1995/1996, “Xəzər Lənkəran” 2017/2018, “Qarabağ” isə 2019/2020 mövsümündə çempionatın ilk dörd oyununda qol buraxmadan qalib gəlib.
“Xəzri” ilk dörd oyunda rəqiblərini ümumilikdə 6:0 hesabı ilə məğlub edib. “Xəzər Lənkəran” və “Qarabağ”ın seriyalarında isə top fərqi 10:0 olub. “Sabah” isə ilk dörd matçda 11 cavabsız qol vuraraq daha yüksək göstəriciyə imza atıb.
Beşinci turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah” premyer-liqada səfərdə 10-cu böyükhesablı qələbəsini əldə edib.
Paytaxt təmsilçisi rəqib meydanında ən azı 10 belə qələbə qazanan 11-ci komanda olub. “Sabah”ın səfərdə ilk böyükhesablı qələbəsi 2021-ci il dekabrın 16-da “Səbail” üzərində qeydə alınıb – 3:0.
“Şəfa” ilə qarşılaşmada fərqlənən Velko Simiç “Sabah”ın heyətində 20-ci qolunu vurub. Serbiyalı yarımmüdafiəçi bu göstəriciyə 46-cı oyununda çatıb.
Simiç premyer-liqada 31 oyunda 13, ölkə kubokunda 6 oyunda 1, Çempionlar Liqasında isə 9 oyunda 6 qol vurub.
“Sabah” “Qarabağ”ın altı il əvvəlki uğurunu təkrarladı
Ölkə futbolu





