Ötən həftə Region Liqasının növbəti pley-off matçları baş tutub.
Doğma meydanda "Füzuli"ni qəbul edən "Qusar" heç-heçə (1:1) ilə kifayətlənib.
"Football-plus.az" saytı olaraq Qusar təmsilçisinin oynayan-məşqçisi Tural Cəlilovun matçla bağlı fikirlərini öyrəndik:
"Oyuna ciddi hazırlaşmışdıq. "Füzuli"nin gücünə yaxşı bələd idik. Yaxşı oynadıq, hesabı da biz açdıq. Bəxtsizlikdən 90+4-cü dəqiqədə qol buraxaraq qələbəni əldən verdik. Amma hələ heç nə bitməyib. Qarşıda cavab oyunu var. Şanslar bərabərdi. İnanıram ki, yaxşı mübarizə aparıb sonda sevinən tərəf olacağıq".
ABDULLA İSMAYILOĞLU