"Füzuli"nin baş məşqçisi ilk məğlubiyyətin səbəbini açıqladı

9.04.2023 22:30 351
Ölkə futbolu
Region Liqasının qrup mərhələsində keçirdiyi 10 oyunda maksimum nəticə göstərən "Füzuli" pley-offun ilk qarşılaşmasında "Şirvanovka"ya doğma meydanda məğlub oldu.

Bununla bağlı "Füzuli"nin baş məşqçisi Vasif İsmayılovla əlaqə saxladıq. Onun "Football-plus.az" saytına söylədikləri belə oldu:

"Əvvəlcədən deyim ki, bu mərhələdə zəif rəqib olmur. Püşk də bizi çətin rəqiblə üz-üzə qoydu. Amma cütün taleyini ilk oyunda həll etmək istəyirdik. Sadəcə, Qusar təmsilçisi daha döyüşkən və güclü çıxdı. Hələ heç nə bitməyib. 2 oyundan birini uduzmuşuq. Çalışacağıq rəqibimizi səfərdə məğlub edək".

ABDULLA İSMAYILOĞLU