Mövsümü erkən başa vurmalı oldu

8.05.2022 14:17 510
Dünya futbolu
Cari mövsüm Dimitri Payet üçün erkən sona çatıb.

“Marsel”in yarımmüdafiəçisi Konfrans Liqasının yarımfinal mərhələsinin “Feyenoord”la cavab oyununda (0:0) sıradan çıxmışdı. Müayinə nəticəsində onun baldır əzələsindəki problemin ciddi olduğu müəyyənləşib. Bu səbəbdən 35 yaşlı futbolçu mövsümü erkən başa vurmalı olub.

Dimitri bu mövsüm Liqa 1-də meydana çıxdığı 31 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.