A seriyasının bombardiri geri qayıdır

15.04.2023 23:08 271
Dünya futbolu
Viktor Osimhenlə bağlı sevindirici xəbər yayılıb. “Napoli”nin aparıcı hücumçusu zədəsini sağaldaraq ümumi qrupda məşqə başlayıb.

"Football-plus.az" xəbər verir ki, nigeriyalı futbolçunun İtaliya çempionatının bu gün keçiriləcək “Verona” ilə matçında iştirakı gözlənilmir. Amma Çempionlar Liqasının 1/4 finalının “Milan”la cavab görüşünə tamamilə hazır olacaq.

Xatırladaq ki, “Milan” ilk ev oyununda “Napoli”yə qalib gəlib (1:0). Osimhenin bu mövsüm 21 qolla A seriyasının ən yaxşı bombardiri olduğunu qeyd edək.