Çempionlar Liqasının qrup mərhələsinin “Dinamo” – “Milan” matçı qonaqların inamlı qələbəsi (4:0) ilə nəticələnib.
"Football-plus.az" xəbər verir ki, “Milan” ÇL-in səfər oyununda 17 ildən sonra ilk dəfə 4 qol vurub. İtaliyanın son çempionu sonuncu dəfə 2005-ci ilin noyabrın 23-də “Fənərbaxça”nın da qapısından 4 cavabsız top keçirmişdi. Ümumiyyətlə, “Milan” ən nüfuzlu klub turnirində 4 səfər oyununda qapıya 4 dəfə yol tapa bilib.