Mateo Retegi bu yay iş yerini dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, o, “Tiqre”dən ayrılmaq qərarına gəlib.
AÇ-2024-ün seçmə turnirinin martda keçirilən oyunlarında İtaliya yığmasında uğurla debüt edən hücumçu “Tiqre”də cari mövsümün sonuna qədər çıxıç edəcək. Milli formada ilk 2 oyuna 2 qol vuran 23 yaşlı Mateonun Avropaya yollanmaq ehtimalı çoxdu. Retegi bu mövsüm Argentina çempionatında 11 oyuna 8 qolla bombardirlərin siyahısına başçılıq edir. “Transfermarkt” portalı “İnter”, “Atletiko” və “Ayntraxt”ın (Frankfurt) daha çox maraqlandığı italyanəsilli argentinalını 8 milyon avro dəyərləndirir.
Səbəbkar klubunu dəyişəcəyini “La Gazzetta dello Sport”a açıqlamasında bu cümlələrlə ifadə edib: