Simeone Neapola yollanacaq

23.07.2022 14:54 381
Dünya futbolu
“Verona”nın hücumçusu Covanni Simeone iş yerini dəyişəcək.

Football-plus.az “Corriere dello Sport” istinadən xəbər verir ki, o, “Napoli” ilə razılığa gəlib. “Atletiko”nu çalışdıran Dieqo Simeonenin oğlu olan Covanni ötən mövsüm A seriyasında “Verona”nın ən yaxşı bombardiri olub.

Argentinalı futbolçu bu liqada 35 oyuna 17 qol vurub. “Transfermarkt” potalı 26 yaşlı hücumçunun dəyərini 17 milyon avro qiymətləndirir.