• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Retegi Mançiniyə bir qədər Batistutanı xatırladır - ARAŞDIRMA

Dünya futbolu

31-03-2023, 19:0

İtaliya yığmasının AÇ-2024-ün seçmə turnirinin ilk oyunlarında hər mənada yeni futbolçu diqqəti cəlb etdi.

“Football-plus.az” xəbər verir ki, Mateo Retegi onu “skuadra adzurra”ya dəvət edən Roberto Mançininin ümidlərini doğrultdu. Gənc hücumçu debütdəcə əbəs yerə start heyətində oynamaq şansı qazanmadığını da sübut etdi.

Uğurlu debüt
İtaliya millisi seçmə mərhələnin ilk oyunları ərəfəsində aparıcı hücumçu Çiro İmmobilenin xidmətindən zədə üzündən məhrum olmuşdu. Komandanın digər forvardlarının hazırkı forması da ürəkaçan deyildi. Baş məşqçi bunu nəzərə alaraq Retegiyə dəvət göndərmək qərarına gəlmişdi. 23 yaşlı futbolçu son vaxtlar Argentinada özünü bombardir kimi göstərmişdi. “Tiqre”nin əsas qol silahı sayılan Mateonun Avropada debütü əlamətdar alındı: o, İngiltərə ilə matçda göy futbolkada qol hesabını açdı. İtaliya Neapolda britaniyalılara uduzsa (1:2) da, Retegi debütünə görə özü ilə qürurlana bilər. O, Malta ilə növbəti seçmə oyunda (2:0) da qapya yol tapdı. Başqa sözlə, 2 oyuna 2 qol.

Retegi kimdi?
Haqqında danışdığımız bu oğlan argentinalıdı. Amma İtaliya pasportuna malikdi. Mançini məhz bu səbəbdən onu milli komandaya çağırmaqda heç bir problem yaşamayıb. Məlumunuz olsun ki, 1999-cu il aprelin 29-da San Fernando şəhərində doğulan Mateonun anasının atası Ancelo Dimarko vaxtilə İtaliyanın Siciliya vilayətinin Kanikatti qəsəbəsində yaşayıb. Onun ailəsi sonradan Cənubi Amerikaya köçüb.

Retegi futbolun sirlərini “River Pleyt”də öyrənməyə başlasa da, 17 yaşında əzəli rəqib “Boka Xuniors”un sıralarına keçib. Amma “Boka”da özünü göstərmək şansı olmayıb: əsasını genuyalıların qoyduğu komandada 2018/19 mövsümündə yalnız bir oyun keçirib. Buenos Ayres klubu 2019-cu ildən başlayaraq onu növbə ilə “Estudiantes”, “Talyeres de Kordoba” və “Tiqre”yə icarəyə verib. Hücumçu qolçuluq bacarığını məhz hazırkı komandasında nümayiş etdirə bilib.

O, son ilyarım ərzində san fernandoluların əsas qol ümidi sayılır. 2022-ci il mövsümündə bütün turnirlərdə meydana çıxdığı 42 matçda 23 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub. Konkret olaraq Argentina çempionatını nəzərə alsaq, “Tiqre”yə 27 oyunda 22 qol və 2 məhsuldar ötürmə ilə fayda verib. Bu il ölkə çempionatında 8 oyuna 6 qol vurub və hazırda bombardirlərin siyahısında liderdi. Onun cari mövsümdə bütün matçlarda start heyətində meydana çıxdığını və final fitinə qədər oynadığını da qeyd edək.

Ona böyük ümidlər bəslənilir
Mançini uğurlu debütündən sonra onun haqqında bu fikri səsləndirib: “Retegi mənə bir qədər Batistutanı xatırladır”.

Yığmanın yarımmüdafiəçisi Marko Verratti isə İngiltərə ilə matçdan əvvəl yeni oyundaşının əməksevərliliyini qabardıb: “Onunla birlikdə yalnız iki gün məşq etmişik. Mateo artıq özü ilə bağlı xoş təəssüratlar oyada bilib. Fiziki hazırlığı əladı, bizə kömək etməyə qadir olduğunu böyük həvəslə göstərmək istəyir. Komanda yoldaşları ilə daha yaxından tanış olması üçün müəyyən vaxta ehtiyacı olacaq. Amma indidən uyğunlaşma prosesinin qısa sürəcəyini deyə bilərəm”.

Reteginin “skuadra adzurra”ya İmmobilenin zədələnməsinə görə dəvət alması o qədər də əhəmiyyətli səbəb deyil. “Gazzetta dello Sport”un məlumatına görə, baş məşqçi ilk məşqdəcə hücum xəttində argentinalını Domeniko Berardi və Lorentso Pelleqrini ilə birgə oynatmaq qərarına gəlib. Komandanın İngiltərə ilə matçda üç hücumçulu sxemlə oynaması buna sübutdu.

Yeri gəlmişkən, Mateo tezliklə A seriyasında görünə bilər. “Milan”, “İnter” və “Roma” onunla ciddi maraqlanır. Qışda isə “Udineze” onu sıralarına qatmaq istəyib, amma gənc futbolçu bu klubda oynamağa razılaşmayıb. Atası El Çapa oğlunun bir çox klubların maraq dairəsində olduğunu deyir: “İtaliya, İspaniya, Almaniya və hətta İngiltərədə ona maraq var. Avropada oynamaq Mateonun ən böyük arzusudu”.

“Skuadra adzurra”da 23-cü argentinalı
Ümumiyyətlə, İtaliya yığmasına Argentinadan oyunçu cəlb etmək uzun illərin davam edən ənənəsidi. Artıq Retegi “skuadra adzurra”nın tarixinə 23-cü argentinalı kimi düşüb. Bu yerdə onun bəzi sələflərini yada salmaq da maraqlı olar.
* İtaliya millisində oynamış əvvəlki argentinalı Franko Vaskesdi. Onu komandaya 2015-ci ildə Antonio Konte dəvət etmişdi. Sabiq baş məqşçi Frankonu yalnız İngiltərə və Portuqaliya ilə yoldaşlıq matçlarında sınamışdı. Bundan sonra dəvət almadığı üçün 2018-ci ildə milli formasını dəyişməli oldu. Onda Argentina yığması heç cür titulsuzluğa son qoya bilmirdi. Amma indi vəziyyət köklü surətdə dəyişib. Vaskes bir neçə il əvvəl gələcək Avropa çempionundan gələcək dünya çempionunun sıralarına keçdi. Doğrudu, yarımmüdafiəçinin heç bir komanda ilə titul qazanmaq şansı olmadı. Argentina yığmasında yalnız 3 yoldaşlıq matçı keçirən Franko indi 34 yaşındadı.
* İtaliya yığmasında oynamış ən məşhur argentinalılardan biri Mauro Kamoranezidi. O, bu komandada 2003-10-cu illərdə çıxış edib və DÇ-2006-nın qalibi olub. İndi 46 yaşında olan sabiq yarımmüdafiəçi göy formada meydana çıxdığı 55 oyunda 4 qol vurub.
* Daha uzağa boylansaq, təbii ki, əfsanəvi Omar Sivori, Raymundo Orsi və Luis Montini də xatırlamalıyıq. Maraqlıdı ki, onlar həm Argentinanın, həm də İtaliyanın əsas komandasında çıxış ediblər. Orsi ilə Monti “skuadra adzurra”nın formasında DÇ-1934-ün qalibi olublar. Həmin mundialda uğur qazanan argentinalılardan Enrike Quayta ilə Attilio Demariyanın da adını çəkməliyik.
* Avropa komandasında yalnız bir oyun keçirən oyunçular da olub. Esekyel Skelotto (2012-ci ildə İngiltərəyə qarşı), Kristian Ledesma (2010-cu ildə Rumıniyaya qarşı), Bruno Pesaola (1957-ci ildə Portuqaliyaya qarşı), Rinaldo Martino (1949-cu ildə İngiltərəyə qarşı), Alexandro Skopelli (1935-ci ildə Fransaya qarşı) və Euxenio Mossonun (1914-cü ildə İsveçə qarşı) debütü ilə son matçı bir olub. Maraq üçün Mossonun “skuadra adzurra”nın tarixinə ilk argentinalı kimi düşdüyünü də bildirək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-03-2022, 20:0

Mançinini Kannavaro əvəz edə bilər

Dünya futbolu

9-06-2022, 22:0

Mançini təcrübəli oyunçulardan niyə imtina edib?

Aktual
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Son xəbərlər
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 124
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə