Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Yussef Ən-Nəsiri qalib gəlib.
UEFA-nın saytında keçirilən səsvermədə “Sevilya”nın hücumçusu 1-ci yeri tutub. O, Adam Qlojek (Bayer-04), Adrien Rabyo (Yuventus) və Nemanya Matiçi (Roma) qabaqlayıb.
Qeyd edək ki, Ən-Nəsiri Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted” ilə cavab oyununda (3:0) iki qol vurmuşdu.