Avropa Liqasında hamını qabaqladı

15.04.2023 21:42 238
Dünya futbolu
Avropa Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Marsel Zabitser qalib gəlib. “Mançester Yunayted”in yarımmüdafiəçisi Viktor Bonifas (Yunion), Orkun Kökçü (Feyenord) və Federiko Qattini (Yuventus) qabaqlayıb.

Xatırladaq ki, Zabitser “Sevilya” ilə matçda (2:2) iki qol vurmuşdu.