Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Antonio Adan qalib gəlib.
“Sportinq”in qapıçısı UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci yeri tutub. Adan Kazemiro (Mançester Yunayted), Jan-Tyerri Lazar (Yunion) və Orkun Kökçünü (Feyenoord) qabaqlayıb.
Qeyd edək ki, Antonio Avropa Liqasının 1/8 finalının “Arsenal”la cavab matçında (1:1, penalti seriyası - 5:3) 7 seyvlə komandasının mərhələni adlamasında böyük rol oynayıb.