Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Viktor Bonifase qalib gəlib. “Yunion”un hücumçusu qurumun saytında keçirilən səsvermədə 1-ci yeri tutub. O, Edmond Tapsoba (Bayer-04), Bruno Fernandeş (Mançester Yunayted) və Paulo Dibalanı (Roma) qabaqlayıb.
Qeyd edək ki, Bonifase Avropa Liqasının 1/8 finalının “Union”la Almaniyada keçirilən ilk matçında (3:3) 2 qol vurub.