La Liqada “Jirona” üzərində qələbə (1:0) “Barselona”ya baha başa gəlib.
Komandanın aparıcı oyunçularından Usman Dembele sıradan çıxıb. Tibbi müayinədən keçən fransalı hücumçunun bud əzələsinin zədələndiyi məlum olub. Dembele ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdi ki, futbolçu La Liqada “Betis”, “Sevilya” və “Vilyarreal”la, İspaniya kubokunun yarımfinalını, həmçinin Avropa Liqasının pley-off mərhələsinin “Mançester Yunayted”lə ilk oyununu buraxa bilər.