Uesli Fofananın aqibəti müəyyənləşib. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Milan”la matçında (3:0) zədələnən “Çelsi”nin müdafiəçi uzun müddətə sıradan çıxıb.
Dizindən xəsarət alan 21 yaşlı futbolçu azı 6 həftə yaşıl meydana çıxa bilməyəcək. Bu yay 80 milyon avroya “Lester”dən transfer olunan Fofana cari mövsümdə 6 oyuna 1 qol vurub.