“Real”ın zədəli futboçuları ilə bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, Kərim Benzema ilə Ferlan Mendi ümumi qrupda məşqlərə başlayıblar. Onlar Çempionlar Liqasının 1/8 finalının sabah Madriddə keçiriləcək “Liverpul” ilə cavab oyununda iştirak edə biləcəklər. David Alba isə ingilislərə qarşı oynaya bilməyəcək.
Xatırladaq ki, “Real” səfərdə “Liverpul”a 5:2 hesabı ilə qalib gəlib.