Çempionlar Liqasının finalında oynaya bilər

19.05.2022 16:37 408
Dünya futbolu
David Alaba zədəsini sağaldaraq “Real”ın məşqlərinə qatılmağa başlayıb.

Avstriyalı müdafiəçi Çempionlar Liqasının “Mançester Siti” ilə aprelin 26-da keçirilən ilk yarımfinal oyununda (2:4) sıradan çıxmışdı. Onun komandası həmin matçdan sonra bütün turnirlərdə 5 oyun keçirib.

Davidin “Real”ın La Liqada “Betis”ə, ÇL-də isə “Liverpul”a qarşı final matçında oynamaq imkanı var.