Amma klubun bəzi problemləri var. Daha dəqiq desək, əvəzedici və aşağı yaş qrupları üzrə komandaları yaradılmayıb. Görəsən, bu yöndə işlər gedir? Həmçinin deyilənə görə, digər klubların səfər xərcləri ilə bağlı narazılığını nəzərə alan AFFA rəhbərliyi "Araz Naxçıvan"a əvəzedicilərini və aşağı yaş qruplarını Bakıda yerləşdirməyi təklif edib.
Bütün detalları dəqiqləşdirmək üçün komandanın baş məşqçisi Azər Bağırova müraciət etdik. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
"Əvəzedici və aşağı yaş qrupları üzrə komandalarımızın yaradılmasıyla bağlı rəhbərliyə bir neçə variant təklif etmişik. Amma hələ ki qərar qəbul olunmayıb. Komandamızın Bakıda yerləşmək variantına gəlincə, belə təklif olmayıb. Elitada çıxış edəcəyimiz halda ev oyunlarını Naxçıvan şəhərində keçirmək istəyərdik. Düşünürəm ki, bütün məsələlərə AFFA elitada çıxışımıza icazə verəndən sonra aydınlıq gələcək".
ABDULLA İSMAYILOĞLU






