Milli komandanın üzvü bu ölkələrdən təklif alıb

9.06.2022 16:10 519
Yığma
“Torpedo” ilə mövsümün sonuna qədər müqavilə bağlayan futzal millimizin üzvü Rövşən Hüseynli Rusiya təmsilçisindən ayrılıb.

Maraqlıdı, təcrübəli qapıçı “Araz-Naxçıvan”a qayıdacaq? Bu haqda məlumat almaq üçün klubun vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Dünən Rövşənlə görüşdük. Hazırda “Araz-Naxçıvan”ın düşərgəsindədi. Amma ölkə xaricindən də bir-iki təklifi var. Qazaxıstan, İran və Rusiya klubları onunla maraqlanır. Lakin hələ ki ortada dəqiq bir şey yoxdu. Rövşən özü də legioner həyatı yaşamaq istəyir. Biz də ona mane olmaq istəmirik. Bu təkliflər onu qane etsə, icazə verəcəyik ki, getsin. Yox, qəbul etməsə, “Araz-Naxçıvan”da qalacaq. Təxminən 10 günə dəqiq bilinəcək. Onun qərarını gözləyirik. Bu üzdən başqa qapıçı ilə danışıq aparmırıq”.


ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul