Lakin baş məşqçi Joze Alesio Da Silva ilə aralarında yaranan problem onun yenidən komandadan ayrılmasına səbəb oldu. Millinin qapıçısı bu dəfə Qazaxıstan təmsilçisi "Atırau"ya keçmək qərarına gəldi. Naxçıvanlılar onu 2 aylıq icarəyə vermişdi. Və artıq həmin müddət bitmək üzrədi.
"Atırau"ya keçidindən sonra dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, Azərbaycan mətbuatına danışmayacağını, bütün fikrinin yeni komandası ilə keçirəcəyi matçlarda olduğunu söyləmişdi.
Məlum olduğu kimi, "Araz-Naxçıvan" dünən 5 oyunçusu ilə vidalaşdı. Bu səbəbdən onların yerinin yeni futzalçılarla doldurulacağı labüddü. Artıq icarə müddəti başa çatdığından Rövşənin də sabiq komandasına qayıdacağı gözləniləndi. Maraqlıdı, Hüseynli yenidən "Araz-Naxçıvan"a qayıdacaq? Komanda ona bununla bağlı təklif edib? Bu suallara cavab tapmaq üçün klubun vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
"Biz Rövşən Hüseynli ilə danışmışıq. Komandası ona yeni təklif verib. Biz onu 2 aylıq icarəyə vermişdik. İndi isə ona müqavilə təklif olunub. May ayına qədər anlaşmanı uzatmaq istəyirlər. Mən də Rövşənlə danışdım. Belə qərara gəldik ki, may ayına qədər orda qalsın. İnşallah, yeni mövsümdən bizim həyətdə olacaq. Hələ müqavilə rəsmiləşməyib. Amma klub rəhbərliyi təklif edib, o da qəbul edib. Yanvarda da rəsmiləşəcəyi gözlənilir".
ŞAİR ABDULLA





