Bu günlərdə federasiyanın rəsmi saytına müsahibə verən 31 yaşlı qolkiper gələcək karyerası ilə bağlı suala cavab verərkən daha çox Rusiyada qalmaq istədiyini, ancaq sabiq klubu “Araz-Naxçıvan”a dönmək ehtimalının olduğunu da istisna etməyib. Qolkiper naxçıvanlıların ondan cavab gözlədiyini vurğulayıb.
Bəs görəsən, Rövşən hansı varianta daha çox üstünlük verir? Hazırda Bakıda istirahət edən Hüseynlinin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Hansı klubdan təklif almağıma baxmayaraq, “Araz-Naxçıvan”a xidmət etməyi özümə borc bilirəm. Bu günlərdə klub rəhbərliyi ilə görüşüb bu mövzuda söhbət etdik. Ölkə çempionatının indiki durumunu, qarşıdakı dünya çempionatının seçmə mərhələsinin oyunlarını nəzərə alıb gözləməyim məsləhət oldu. Həmişə olduğu kimi, klub rəhbərliyi və mən bizim üçün yaxşı olacaq variant üzərində işləyirik”.
RƏŞAD






