Mbappe və Messi Qətərdə 6 qol həddini aşa bildi.
Football-plus.az xəbər verir ki, son 11 dünya çempionatından 8-də bombardirlər məhz 6 qolda dayanırdı. Fransalı hücumçu həmçinin 20 il əvvəl 8 qol vuran Ronaldonun, yəni dolayısıyla 21-ci əsrin rekordunu da təkrarladı. Bir mundialda vurulan qol sayına görə əbədi rekord (13) isə Mbappenin həmvətəni Jüst Fontenə məxsusdu.
Bir dünya çempionatında 6-dan çox qol vuran bütün futbolçular:
il oyunçu komanda oyun qol
1958 Jüst Fonten Fransa 6 13
1954 Şandor Koçiş Macarıstan 5 11
1970 Herd Müller AFR 6 10
1950 Ademir Braziliya 6 9
1966 Eysebio Portuqaliya 6 9
1930 Gilyermo Stabile Argentina 4 8
2002 Ronaldo Braziliya 7 8
2022 Kilian Mbappe Fransa 7 8
1938 Leonidas Braziliya 4 7
1970 Jairzinyo Braziliya 6 7
1974 Qjeqoj Lyato Polşa 7 7
2022 Lionel Messi Argentina 7 7