Millimizin matçlarının vaxtı bəlli oldu

13.04.2023 22:38 239
Yığma
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali Makedoniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama vaxtı məlum olub.

“Football-plus.az” xəbər verir ki, aprelin 18-də keçiriləcək ilk oyun 16.00-da, 20-də təşkil olunacaq qarşılaşma isə saat 14.00-da başlayacaq.