Abşeron-Xızı çempionatı keçiriləcək

27.10.2026 14:57 18
İdman
Oktyabrın 31-də cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdi.