“Şəfa” da “Kəpəz”i dayandıra bilmədi - REPORTAJ

27.10.2026 14:15 54
Ölkə futbolu / Reportaj
Şəfa (Bakı) – Kəpəz (Gəncə) 1:2 (0:0)
97. Tyaqo Silva – 6,0
34. Kristofer Mamenqi – 4,5
4. Maudo Jarjue – 6,5
83. Nihad Quliyev – 5,0
11. Andrey Draqu – 5,5
10. Dilan Mertens – 5,0
6. Fərid Yusifli – 5,0
9. Luis Felipe – 5,5
(18. Bafode Dansoko, 72) – 5,0
55. Rauf Hüseynli – 5,5
(21. İsmayıl Zülfüqarlı, 89) – qiymətsiz
17. Musa Quel – 5,5
42. Elnur Cəfərov (k) – 5,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
99. Məmməd Hüseynov
3. Tərlan Quliyev
28. Murad Musayev
29. Vüsal Qənbərov
23. Nahid Əliyev
77. Elmar Məmmədov
8. Vlad Pop
22. Umar Diav
7. Treyvon Fuller
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Maudo Jarjue

1. Rojerio Santos – 5,5
14. Adama Fofana – 6,0
66. David Domqjon – 5,0
4. Mate Abuladze – 5,0
34. Urfan Abbasov (k) – 5,5
10. Rəhman Hacıyev – 6,0
(99. Əli Səmədov, 88) – qiymətsiz
8. Şakir Seyidov – 6,5
27. Desmond Akua – 5,5
20. Rafael Məhərrəmli – 5,0
(21. Azuma Abubakar, 69) – 5,5
11. Viktor Stina – 6,0
(70. Şahnur İsmayılov, 90+3) – qiymətsiz
33. Benito – 7,0
(2. Arzu Atakişiyev, 88) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
81. Elgün Bayramov
6. Vadim Abdullayev
5. Hüseyn Babayev
17. Ümid Səmədov
19. Fərid Kələntərov
57. Amur Yusifov
3. Mahamadu Ba
Baş məşqçi: Azər Məmmədov
Komandanın ən yaxşısı: Benito

Qollar: M.Jarjue, 55 (1:0, R.Hüseynli). Ş.Seyidov, 74-p. (1:1). Benito, 80 (1:2, A.Abubakar).
V.Stina 20-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: R.Hüseynli, 40 (qeyri-idman hərəkəti). T.Silva, 57 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Vüqar Həsənli (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
24 oktyabr. Sumqayıt. “SOCAR Polymer Arena”. 400 tamaşaçı (1500 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Tarixində ilk dəfə üz-üzə gələn komandalar yalnız qələbə uğrunda döyüşməliydi. Autsayderlər qrupunun daimi sakininə çevrilən, turlar ötdükcə təhlükəni daha yaxından hiss edən “Şəfa” 6 oyuna çatan qələbə həsrətindən xilas olmalı, son 4 matçda uduzmayan “Kəpəz” isə uğurlu seriyanı davam etdirməklə ortabablar sırasında mövqeyini möhkəmləndirməli idi.

Hədəfə çatmaq yönündə ilk addımı “Şəfa” atsa da, hesabı erkən açmaq mümkün olmadı. Ona görə ki, 2-ci dəqiqədə Fəridin cərimə meydançasında ötürməsindən sonra bəxtini sınayan Draqu qeyri-dəqiq oynadı. “Kəpəz”in təşəbbüsü ələ almaq cəhdi də özünü çox gözlətmədi. Cəmi 2 dəqiqə sonra Rəhmanın önə çatdırdığı topu qəbul edən Benito fərqlənmək imkanı əldə etdi. Ancaq həm top qapının yanından keçdi, həm də ofsayd bayrağı havaya qalxdı. Bir qədər sonra “Şəfa”nın qapısına penalti təyin edildi. Buna Fofananın cərimə meydançasına ötürdüyü “kürə”yə yiyələnməyə çalışan Benitonu Mamenqinin itələyərək yerə sərməsi səbəb oldu. 20-ci dəqiqədə “nöqtə”yə yaxınlaşan Stina “Şəfa”da debüt oyununu keçirən Silva ilə bacarmadı. Portuqaliyalı qapıçı 25-ci dəqiqədə də xilaskar rolunda çıxış etdi. O, ardıcıl hücumlar zamanı əvvəlcə Rəhmanın, ardından Benitonun fərqlənməsinə mane oldu. Bir müddət təzyiqi azaldan “sarı-göylər”in 39-cu dəqiqədə yenidən fəallaşdı. Burda Stina adını tabloya yazdırmaq niyyətində idi ki, Silva növbəti dəfə özünü yaxşı tərəfdən göstərdi. Nəticədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı.

İkinci yarı daha baxımlı keçdi. Heç-heçə ilə kifayətlənmək istəməyən komandaların hücumlar etməsi təhlükəli vəziyyətlərin artmasına gətirib çıxardı. İlk bu cür anda Draqunun ötürməsini qəbul edən Quel bəxtini sınasa da, top qapıdan aralı keçdi. Meydan sahiblərinin növbəti cəhdi isə fayda verdi. 55-ci dəqiqədə Jarjue Raufun küncdən göndərdiyi topu başla tora qovuşdurdu. “Kəpəz”dən dərhal gələn “cavab atəşi” işə yaramadı. Daha dəqiqi, Silva Şakirin hesabı bərabərləşdirməsinə göz yummadı. Bir qədər mərkəzdə davam edən matçda növbəti həyəcan 72-ci dəqiqədə yaşandı. Cavid Cəlilovun “nöqtə”n göstərməsinə cərimə meydançasında Fofananı dayandırmağa çalışan Raufun əllə oyunu səbəb oldu. Belədə topun arxasına keçən Şakir hesaba tarazlıq gətirdi. Qonaqlara daha bir qol vurmaq üçün çox vaxt lazım olmadı. Başqa sözlə, 79-cu dəqiqədə Akua – Abubakar – Benito kombinasiyası işə yaradı.

Qalan vaxtda komandaların ifasında “dişə vurulası” hücum izləmədik. Nə meydan sahibləri hesabı bərabərləşdirmək uğrunda canfəşanlıq etdi, nə də qonaqlar fərqi artırmağa çalışdı. Matç “Şəfa”nın ardıcıl 6-cı məğlubiyyəti ilə nəticələndi. “Kəpəz” isə məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdırdı.

KƏNAN BAHADIR