"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın baş direktoru İngiltərə çempionunun çox güclü olduğunu etiraf edib:
“Çempionlar Liqasının qalibi olmalıyıq” deyə bilmərik. Təbii ki, qalib gəlmək istəyirik, amma bu, planlaşdırılan bir uğur deyil. Növbəti mərhələdə PSJ-dən də güclü olan rəqiblə qarşılaşacağıq. “Mançester Siti” PSJ-dən də güclü olduğunu “Liverpul” ilə oyunda göstərdi”.




