Nadal "Real" - "Mançester Siti" oyunu üçün görüşünün vaxtını dəyişmək istəyir

4.05.2022 16:09 545
Dünya futbolu
Məşhur tennisçi Rafael Nadal bu gün Madriddəki Masters turnirində Miomir Kecmanoviçlə görüşünün vaxtının dəyişdirilməsini istəyib.

"Football-plus.az" xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb.

Məlumatda bildirilir ki, buna səbəb Nadalın Çempionlar Liqasının yarımfinalında "Real" - "Mançester Siti" oyununu izləmək istəməsidir. O, yarışın direktoru Felisiano Lopezə müraciət edib. Nadal "Real" - "Mançester Siti" matçına çata bilməsi üçün saat 18:00-da başlayacaq görüşünün vaxtının dəyişdirilməsini istəyib.

Qeyd edək ki, "Real" - "Mançester Siti" görüşü saat 23:00-da başlayacaq. Komandalar arasında ilk matç "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.