"Real" Çempionlar Liqasının finalında "Liverpul"a rəqib oldu

5.05.2022 01:28 856
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, "Real" raundun cavab qarşılaşmasında doğma meydanda "Mançester Siti"ni qəbul edib. Komandalar arasında baş tutan ilk görüşdə "şəhərlilər" 4:3 hesabıyla qələbə qazanıb.

Görüşdə 3:1 hesabı ilə qələbə qazanan Madrid təmsilçisi finalda İngiltərənin "Liverpul" komandasına rəqib olub.

​UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

4 may

"Real Madrid" - "Mançester Siti" - 3:1 (ikinci hissə, əlavə vaxt)

Rodriqo, 90, 90+1, Benzema, 95 - Mahrez, 73

Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 3:4