• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Orucaçmanın Benzema formulu: üç xurma və üç qol! - AÇIQLAMALAR

Premyer-liqa / Manşet

11-04-2023, 11:0

İslam dininin vacib rəmzlərindən biri də Ramazan ayıdı. Dünya müsəlmanları hər il kütləvi şəkildə oruc tutur. Bu praktika futbol ictimaiyyəti arasında da geniş yayılıb. Belədə saatlarla ac qalmağın futbolçuların fiziki hazırlığına necə təsir göstərdiyi ilə bağlı suallar yaranır.

Həm dünyada, həm də ölkəmizdə bu mövzu ətrafında müxtəlif hadisələr cərəyan edir. Məsələn, Fransa Futbol Federasiyası bu il hakimlərə futbolçuların iftarını açması üçün oyunları dayandırmağı qadağan etdi. Qərarla razılaşanlar da oldu, razılaşmayanlar da. Hətta fasilənin verilməyəcəyini bildiyi halda oruc tutmağa davam edən “Nant”ın futbolçusu Jauen Hacam “Reyms”lə qarşılaşmanın heyətinə daxil edilmədi. Parlaq nümunə kimi isə “Real”ın əfsanəsi, “Qızıl top”un sahibi Kərim Benzemanı göstərmək olar. Fransalı forvard iftarı üç xurma ilə açır, sonra da “Barselona” ilə oyuna çıxıb üç qol vurur.

Azərbaycanda isə vəziyyət bir az fərqlidi. Ölkə çempionatı öz axarıyla davam edir. İftar saatı ilə üst-üstə düşən matçlarda oruc açmaq üçün fasilə verənlər də var, verməyənlər də. Ümumiyyətlə, premyer-liqa klublarında oruc tutan futbolçuların sayı nə qədərdi? Onların performansında dəyişiklik hiss olunurmu? Bu suallarla klubların mətbuat katiblərinə müraciət etdik.

Gündüz Abbaszadə (Qarabağ):

“Yerli futbolçulardan Amin Ramazanovla Bəhlul Mustafazadədən başqa hər kəs, legionerlərdən isə Abdulla Zubir, Adama Diakabi və Yassin Benzya oruc tutur. İllərdi klub üzvlərində belə təcrübə formalaşıb. Oyun baxımından mübarizədə dəyişiklik yoxdu. Performansları yerindədi”.


Elnur Həmidov (Sabah):

“Bəli, komandamızın heyətində oruc tutan futbolçular var. Lakin bugünə kimi onların fiziki hazırlığında hansısa geriləmə müşahidə olunmayıb”.


Rüstəm Allahverdiyev (Neftçi):

“Əlbəttə, üzvlərimiz oruc tutur. Düşünürəm ki, adlarını açıqlamaq düzgün deyil. Bu, onların performansına pis təsir etmir. Hər şey özlərindən asılıdı. Normal şəkildə hazırlaşandan və günlük rejimi uyğun qurandan sonra problemin yaranması mümkün deyil”.


Elmar Abdullazadə (Zirə):

“Heyətdəkilərin əksəriyyəti bu məsələyə ciddi yanaşır. Oruc tuturlar. Adlarını dəqiq deyə bilməyəcəm. O məlumdu ki, fiziki cəhətdən hansısa problem yoxdu”.


Anar Hacıyev (Qəbələ):

“Heyətdə oruc tutanlar var. Dini inanclara hörmət naminə onların işinə qarışmırıq. Hər kəs öz vəzifəsini yerinə yetirir. Məşqçilər korpusu da bu mövzuya həssas yanaşır. İndiki və sabiq əcnəbi, inancı İslam dini olmayan üzvlərimiz də bu məsələyə daim xüsusi diqqət yetirib. Fiziki hazırlıqda və oyun vaxtı çatışmazlıq olmur. Hər halda, peşəkardılar. Özlərini hazır hiss etdikləri üçün bu addımı atırlar”.


Süleyman Tağıyev (Turan Tovuz):

“Bir çox futbolçumuz oruc tutur. Baş məşqçimizin bu yöndə əlavə təklifi və ya iradı yoxdu. Məşq prosesində və oyunlarda bunun mənfi təsiri hiss olunmur. Allah hər kəsin orucunu qəbul etsin”.


Azad Mustafayev (Kəpəz):

“Kəpəz” bu mövzunu daim diqqətdə saxlayıb. Bu gün də illərdən bəri davam edən ənənəyə sadiq qalırıq. Xeyli futbolçumuz oruc tutur. Performansa gəlincə, Ramazan ayı bizim üçün düşərli olub. Komanda özünü daha yaxşı hiss edir. Daha çox çalışırıq. Əksinə, performans səviyyəmizin yüksəldiyini düşünürəm”.


Rəşad Məmmədov (Sumqayıt):

“Təxminən 10-12 futbolçumuz oruc tutur. Hər şey qaydasındadı. Hələ indiyə qədər bir çatışmazlıq olmayıb. Hər kəs özünü çox yaxşı hiss edir. Şikayət, narazılıq qeydə almamışıq”.


Yusif Hüseynov (Şamaxı):

“15 futbolçumuz hazırda oruc tutur. Həm məşqlərdə, həm də oyunda iştirak etmələri ilə bağlı problem yaşamırıq. Hələ ki bütün işlər yolundadı. Həmişəki performansları ilə çıxış edirlər. Bir problem yaşansa, məşqçilər korpusu tədbir görəcək”.


Sənəm Fərhadova (Səbail):

“Oruc tutan futbolçularımızın sayı 12-di. Onlara həm məşqçilər korpusu, həm də həkimlər tərəfindən xüsusi nəzarət olunur. Məşqlərimiz əsasən iftar vaxtından əvvəl keçirilir. Bu səbəbdən oruclarını açdıqdan sonra həmin futbolçulara gündəlik yeməkdən əlavə qida əlavələri, müalicəvi sistemlər, vitaminlər verilir. Peşəkar müdaxilə sayəsində onların meydanda hansısa çatışmazlıq, yorğunluq və başqa hallar ilə üzləşməsinin qarşısı alınır. Hazırda klubda vəziyyət sabitdi. Həmin futbolçularla bağlı bütün normativlər qaydasındadı”.


Mövzunun praktiki tərəfi ilə tanış olduq. Klub rəsmiləri futbolçuların problem yaşamadığını dedi. Lakin hər şey göründüyü qədər asan deyil. Məsələnin ikinci tərəfini tibbi müdaxilənin səviyyəsi müəyyən edir.

Oruc tutan futbolçular üçün təhlükə varmı? Fiziki güc və xüsusi hazırlıq prosesi tələb edən peşə ilə məşğul olanlar saatlarla ac qalmağın müqabilində özünü necə qorumalıdı? “Sumqayıt”ın həkimi Tahir İsgəndərov məsələyə belə aydınlıq gətirdi:

“Oruc tutan futbolçulara həm məşqlərdə, həm də qarşılaşmalarda xüsusi diqqət yetirilməlidi. Qida maddələrindən daha çox orqanizmdə su-duz balansının qorunması vacibdi. Gün ərzində su tələbatı tam təmin olunmalıdı.Yoxsa ciddi və qarşısıalınmaz problemlər yarana bilər. Məsələn, qan qatılaşması ən qorxulu hallardan biridi. Bu zaman plazmada maye azalır, ümumi qan dövranı zəifləyir. Futbolçular mütləq gündə 3 litr su içməlidi. Tərləmə zamanı itirilən mayenin bərpa edilməməsi ən yaxşı halda əzələ dartılmalarına, qıcolmalara, ən pis halda isə kardial-karonal problemlərə səbəb ola bilər. Həkim kimi futbolçulara peşəkar karyeralarına axsamadan davam etmələri üçün oruc tutmamağı tövsiyə edirik. Dinləməyənlər çoxdu. Lakin ən azı xəbərdarlıq edərək, fəsadlar haqda məlumatlar verərək onları bu yöndə daha ehtiyatlı olmağa çağırırıq”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-04-2023, 18:0

Fransada qalmaqal: oruc tutduğuna görə oyundan kənarda qaldı

Dünya futbolu

9-04-2022, 15:0

Oruc tutmaq Benzemaya mənfi təsir etmir

Ölkə futbolu

7-04-2022, 21:0

Premyer-liqada neçə futbolçu oruc tutur? - ARAŞDIRMA

Dünya futbolu

6-04-2023, 10:0

Benzema Ramazan ayında qarşısıalınmazdı! - FOTO

Dünya futbolu

22-04-2022, 12:0

Futbol və Ramazan: çətinlikləri də var, faydası da!

Dünya futbolu

19-10-2022, 12:0

"Benzema Fransa tarixinin ən yaxşı hücumçusudu" - Zidan

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 217
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 203
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə