• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbol və Ramazan: çətinlikləri də var, faydası da!

Dünya futbolu

22-04-2022, 12:0

Demək olar ki, hər il dünya, Avropa çempionatlarının və ya müxtəlif liqaların oyunlarının oruc tutanların su içməsi, ağzına bir tikə atması üçün dayandırılmasıyla bağlı xəbərlərlə üzləşirik.

Bəs idmançılar nədən özünə belə sərt məhdudiyyətlər qoyur, oruc tutmaq onların fiziki imkanlarına necə təsir göstərir?

Ramazan İslamın əsas sütunlarındandı

Ramazan İslam dininin beş əsas sütunundan biri, bütün inanclı müsəlmanların yerinə yetirməli olduğu həlledici öhdəliklərdəndi. Ay təqvimi ilə müəyyənləşən Ramazan ayı boyunca müsəlmanlar günün işıqlı vaxtlarında su və qida qəbulundan, zərərli vərdişlərdən, intim yaxınlıqldan və neqativ düşüncələrdən uzaq olur. Bu müddətdə xeyirxah işlərlə - ac və xəstə adamlara yemək vermək, qocalara yardım etmək və s. - məşğul olmaq da vacibdi.
Ən isti və yorucu günlərdə də adi insani ehtiyaclardan imtina müsəlmanlara dini inancına inamını göstərmək imkanı yaradır. Orucluğun məqsədi instinktlərə və nəfsə qalib gəlməkdi. Müsəlmanlar bu müddətdə daxili təmizliyə də xüsusi önəm verirlər. İnsanı çirkinləşdirən fikir və düşüncələri yaxın buraxmırlar. Əməlləri və fikirləri təmiz olmayan müsəlmanın oruc tutulması həqiqi sayılmır, ona görə ki, Allahın yalanlda vidalaşmayan adamın sudan və qidadan əl çəkməsinə ehtiyacı yoxdu. Müsəlmanlar bu ayda dua və ibadət məsələlərinə daha məsuliyyətli yanaşır, Quran oxuyur, xeyirxah işlər görür, sədəqə və xums-zəkat verirlər. Bu il Ramazan ayı aprelin 2-də başlayıb və mayın 2-də bitəcək.

Futbolçular oruc tutmalıdımı?

Aydın məsələdi ki, həyat tərzinin belə radikal şəkildə dəyişməsi idman nəticələrinə təsir göstərə bilər. Futbolçuların Ramazan ayı boyunca sürət-güc göstəricilərinin və dözümlülüyünün aşağı düşməsinə dair yetərincə çoxlu təqdiqat aparılıb. Xoşbəxtlikdən bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və orucluq bitəndən sonra hər şey öz yerini tutur.

Əksər stereotiplərin ziddinə, İslam dini həqiqətən Ramazanla bağlı çoxlu güzəşt nəzərdə tutur. Məsələn, hansısa səbəbdən oruc tutmayan adam müqəddəs ay başa çatandan sonra da oruc ola bilər. Bu xüsusən də vacib oyun gündüz saatlarında keçiriləndə aktuallaşır. Salah DÇ-2018 vaxtı belə edirdi. Həmçinin vətəndən 90 km uzaqda və ya yolda olan futbolçular da müsafir sayılır və oruc tutmaya bilərlər. Daha bir variant isə oruc tutmadığın hər günün əvəzində acları doyurmaqdı. Yetkinlik yaşına çatmayanlar, qocalar, xəstələr, hamilə və körpəsinə süd verən, menstruasiya dövründə olan qadınlar da oruc tutmaqdan azaddı.

Yüksək səviyyəsini qorumaq istəyən idmançılar nə etsin?

İdmanda psixologiya önəmli rol oynayır. Futbolçu oruc tutmağı bacarırsa, Ramazan ayı bitəndən sonra hətta idman nəticələrində müəyyən yaxşılaşmaya da nail ola bilər.

* Əsas çətinlik sudan imtina etməkdi. Futbolçu intensiv məşqlər və oyunlar dönəmində maye itkisi üzwndən bir neçə kq çəki ata bilər, bunun isə qısa müddətdə yerini doldurmaq vacibdi. Belədə oyunların və məşqlərin daha gec saatlarda keçirilməsi işə yaraya bilər.

* Qida qəbulundan imtina daha asandı. “Quran”da sahur və iftar haqda yazılır və qeyd olunur ki, xurma yemək vacibdi. Bu qida çox kalorilidi, karbohidratlarla zəngindi. Xurma yemək tibbi baxımdan da doğrudu: karbohidrat yükləmək metodundan yararlanmaqla yüksək əmək qabiliyyətini qorumaq mümkündü. Əvvəlcədən qida rasionuna çoxlu miqdarda karbohidrat əlavə etməklə orqanimzdə qlikogen ehtiyatını artırırsan. Belədə 14 saat ərzində qida qəbul etməyən orqanizm, əzələlər davam gətirmək üçün daha böyük enerjiyə malik olacaq.

* Xüsusi karbohidrat gelləri və qəlyanaltıları. Günəşin qürubu oyun vaxtına təsadüf edirsə, elə anındaca xüsusi baton konfetlər, karbohidrat gelləri və ya adi banan qəbul etməklə enerji ehtiyatını artırmaq olar. FİFA-nın qidalanma ilə bağlı tövsiyələrində hissələrarası müddətdə belə qəlyanaltılar nəzərdə tutulub, ancaq Ramazan dövründə hakimlərin dəfələrlə oyun vaxtı bu məqsədlə fasilə verdiyini görmüşük. Bu özünü formada saxlamaq və matçın qalan bölümü üçün gücü qorumaq baxımından yetərincə effektiv metoddu.

* Gündüz yuxusu. Axşam məşqinə və ya oyuna güc saxlamaq üçün, həmçinin qidanın həzminin gec saatlarda və ya səhər olacağını nəzərə alaraq, gecənin istirahət rejimini pozmamaq üçün gündüz 1-2 saat yatmağın mənası var. Belə yuxu gündüz enerji israfını azaltmağa, məşqə və ya oyuna daha təravətli halda çıxmağa imkan verir.

* Həkimlərin diqqətli yanaşması və bioloji aktiv əlavələr. Aydın məsələdi ki, oruc tutan futbolçuların əzələ zədəsi almaq ehtimalı artır. İdmançılar üçün menyu tərtib olunarkən bu məqamın nəzərə alınması zəruridi – orucluq dövründə protein, amin turşusu və vitaminlərin əlavə porsiyası zədə ehtimalını aşağı salır, standart məşq rejimində çalışan futbolçuların belə məhdudiyyətlətin öhdəsindən gəlməsinə şərait yaradır.
Çoxları peşəkar idmançıların oruc tutmasına bədbin yanaşsalar da, bunun psixoloji əhəmiyyəti böyükdü. Ənənəvi həyat tərzinin bərpa oluması ilə bütün göstəricilər normaya düşür, mənəvi yüksəliş və futbolçuya dəstək verən klub personalına inam isə daim qalır və futbolçunun Ramazandan sonrakı oyununa mütləq təsir göstərir.

Yeri gəlmişkən...

“Sent-Etyen”in baş məşqçisi Paskal Düpra komandanın müsəlman oyunçularından Ramazan ayında oruc tutmamağı xahiş edib. “Yaşıllar” dünənki oyuna qədər (bax: səh. 1) 17-ci pillədə - “təhlükəli zona”nın yaxınlığında qərarlaşmışdı. Aprelin 8-nə təsadüf edən “Loryan” önündəki darmadağından (2:6) sonra baş məşqçi oyunçulara yanaşmanı dəyişib. Onun xahişini müəyyən mənada əsaslı saymaq olar. Axı “Sent-Etyen”in oyunçularından təxminən üçdəikisini müsəlmanlar təşkil edir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-04-2022, 15:0

Oruc tutmaq Benzemaya mənfi təsir etmir

Ölkə futbolu

7-04-2022, 21:0

Premyer-liqada neçə futbolçu oruc tutur? - ARAŞDIRMA

Dünya futbolu

1-05-2022, 10:0

“Ramazan ayında iki-üç saat məşq etmək çətindi” - AÇIQLAMA

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə