"Neftçi"dən parlaq qələbə

9.04.2023 22:56 213
İdman
Şəki Olimpiya İdman Kompleksində 25-ci turun ikinci oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, "Olimpik Şəki" doğma divarlar arasında, paytaxt təmsilçisi "Neftçi" ilə qarşılaşıb. Oyunun üçüncü dövrəsində ağırlığını ortaya qoyan "Neftçi" kollektivi qarşılaşmadan 112-78 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Davante Kuper - 27 xal, 9 ribaund), "Neftçi İK" (Yuriy Kondrakov - 39 xal, 9 asist).