Yarımfinala vəsiqəni təmin etdilər

23.03.2023 10:31 228
İdman
Dünən basketbol üzrə Azərbaycan kubokunun növbəti qrup oyunları baş tutub.

“Football-plus.az” xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutan oyunlarda iki qrupda ümumilikdə 4 görüş keçirilib.

A qrupunda “Sabah” “Sərhədçi” ilə qarşılaşıb. Görüş birincilərin 97:92 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah BK”nın heyətində Fuad Niftəliyev - 26 xal, 7 asist, “Sərhəçi PİK”də isə Maykl Diqqins - 25 xal, 13 ribaundla fərqlənən basketbolçular olublar.

Qrupun digər matçında “Gəncə” – “AAAF Xırdalan”a şans verməyib – 91:65.

“AAAF Xırdalan BK” heyətində Deymon Makdouel (30 xal, 6 ribaund ), “Gəncə BK”da isə Kollin Törner (27 xal, 7 ribaund) komandalarının heyətində ən məhsuldar oyunçular olublar.

Bu nəticələrdən sonra A qrupunda “Gəncə BK” 2 oyundan sonra 4 xalla qrupda liderdir və yarımfinala çıxmağı təmin edib. “AAAF Xırdalan” 3 xalla ikinci, eyni xala malik “Sabah BK” üçüncü, “Sərhədçi PİK” (2 xal) isə dördüncü sırada qərarlaşıb.

B qrupunda NTD – “Neftçi”dən üstün olub - 108:89.

Görüşün ən məhsuldar basketbolçuları NTD-də Quinton Kempbel (15 xal, 3 ribaund), “Neftçi İK”da isə Yuriy Kondrakov (21 xal, 5 asist) olublar.

B qrupunun digər qarşılaşmasında “Olimpik Şəki” – “Zirvə Astara”ya uduzub – 69:94.

Matçın ən məhsuldar basketbolçuları kimi “Zirvə Astara BK”da Ruşard Kruikşenk (32 xal, 5 ribaund), “Olimpik Şəki BK”da isə Larri Robinson (25 xal, 7 ribaund) fərqləniblər.

B qrupunda hər iki oyununda qalib gələn NTD 4 xalla liderdir. NTD basketbolçuları yarımfinala vəsiqəni təmin ediblər. Bir qələbə, bir məğlubiyyətlə 3 xal qazanmış “Neftçi İK” ikinci, eyni göstəricisi olan “Zirvə Astara BK” üçüncü, hər iki görüşünü uduzmuş “Olimpik Şəki” isə 2 xalla sonuncudur.

Qeyd edək ki, qrupun son oyunları bu gün keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul