12 mart tarixində Şəki Olimpiya İdman Kompleksində 21-ci turun son oyunu keçirildi.
"Olimpik Şəki" doğma divarlar arasında, paytaxt klubu "Sabah"ı qəbul edirdi. Əlavə vaxtın yaşandığı gərgin oyunun sonunda "Sabah" basketbolçuları 86-80 hesabı ilə qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Larri Robinson - 36 xal, 9 ribaund), "Sabah BK" (Entoni Patti - 27 xal, 8 ribaund)
Qeyd edək ki, 22-ci turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq.