Yenə “Portu”, yenə məğlubiyyət

8.04.2023 16:50 280
Dünya futbolu
Cümə günü Portuqaliya çempionatının 27-ci turuna start verilib.

"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Benfika” “Portu”nu qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Bununla da “Benfika” cari mövsümdə öz meydanında ilk məğlubiyyətini alıb. Maraqlıdı ki, lissabonlular sonuncu dəfə evdə 2022-ci il mayın 13-də məhz “Portu”ya uduzmuşdular.

Amma son məğlubiyyət “Benfika”nın çempionatdakı mövqeyinə mənfi təsir etməyib. Rocer Şmidtin komandası 71 xalla liderdi. “Portu” 64 xalla ikinci yeri tutur.