Qərb konfransının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Edmonton”un heyətində Konnor Makdevid xarüqələr yaratmaqdadı.
"Football-plus.az" xəbər verir ki, srağagün komandasının “Arizona” üzərindəki qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən kanadalı forvard cari mövsümdə xal sayını 140-a (60+80) çatdırdı.
O, MHL tarixinə 21-ci əsrdə bunu bacaran ilk hokkeyçi kimi düşdü. Sonuncu dəfə 1995/96 mövsümündə Yaromir Yaqr ilə Mario Lemye 140 xal toplamışdı. Kanadalı MHL tarixində mövsüm ərzində 140 xal toplamağı bacaran 10-cu hokkeyçi oldu. Konnor dünən “Veqas”la oyunda daha üç məhsuldar ötürmə verməklə cari mövsümdə xal sayını 143-ə (60+83) çatdırdı.