Son dörd gündə MHL-də keçirilən oyunlarla bağlı maraqlı statistik məqamların sayı çoxdu.
İlk növbədə onu vurğulayaq ki, “Edmonton”un hücumçusu Konnor Makdevid “San-Xose” ilə oyunda hesabıl açmaqla cari mpvsümdə 80-ci məhsuldar hərəkətini etdi. 26 yaşlı kanadalının hesabında 45 oyundan sonra 83 (37+46) xal var. Makdevid MHL tarixində son 28 ildə mövsümün ilk 44 və daha az oyununda 80 xal toplamağı bacaran ilk hokkeyçidi.
Əvvəllər bu nəticəyə Mario Lemye (31 oyunda 80 xal), Yaromir Yaqr (37, 80) və Ron Frensis (44, 80) nail olub. Maraqlıdı ki, hamısı da 1995/96 mövsümündə.