"Sabah" Mərdəkanda da azarkeş problemi ilə üzləşə bilər - köç "bayquşlar"ı tək qoyacaq?

25.10.2026 14:06 171
Ölkə futbolu
Yay fasiləsində AFFA-nın balansında olan “Liv Bona Dea Arena”nı alan “Sabah” stadionda təmir işlərinə başlamışdı. Artıq proses yekunlaşıb və “bayquşlar” ev oyunlarını ilk dəfə yeni arenada keçirəcəklər. Beləliklə, indiyədək ev matçlarını Masazırda keçirən komanda doğma meydanından uzaq düşəcək

“Sabah” yeni stadionda ilk sınağını “Qarabağ”a qarşı verəcək. Bəs Masazırdan kənarda oynamaq komandanın azarkeş dəstəyinə necə təsir edəcək? “Bank Respublika Arena”da keçirilən oyunlarda “bayquşlar”ı nə qədər azarkeş dəstəkləyirdi?
Çempion cari “futbol ili”ndə keçirdiyi üç ev oyununda ümumilikdə 4034 azarkeşin dəstəyini qazanıb. Ötən mövsüm isə “Sabah” “Qarabağ”ı cəmi bir dəfə Masazırda qəbul edib. Həmin qarşılaşmanı tribunadan 4226 azarkeş izləyib.Maraqlıdı ki, “bayquşlar” son 4 ev matçında Ağdam təmsilçisinə məğlub olmayıb. 

Görək yeni stadion da “Sabah” üçün düşərli olacaqmı? Masazırdan uzaqlaşmaq azarkeş sayına necə təsir göstərəcək?

Həmçinin redaksiyamıza daxil olan məlumata görə, klub tərəfindən azarkeşlərin Mərdəkana aparılması planlaşdırılır. Masazırdan uzaq düşən çempionu artıq necə adlandıracağıq? Mərdəkan təmsilçisi?

İSRAYIL XEYRULLAYEV