MHL-ə damğa vuran hokkeyçilərdən biri də Konnor Makdeviddi.
Football-plus.az xəbər verir ki, “Edmonton”un hücumçusu komandasının “Çikaqo”ya 7:3 hesabıyla qalib gəldiyi oyunda məhsuldar ötürmə ilə yadda qaldı. Kanadalı forvard cari mövsümdə keçirdiyi 49-cu oyunda 90-cı məhsuldar hərəkətini etdi. O, MHL tarixində 50 və daha az oyunda 90 xal toplamağı bacaran 5-ci hokkeyçidi. Birinci dəfə 2020/21 mövsümündə bunu bacarmışdı. Bir neçə mövsümdə 50 oyun ərzundə 90 xal toplayan qalan 4 hokkeyçi isə Ueyn Qretski (10 mövsüm), Mario Lemye (5), Fil Espozito (3) və Marsel Dionndu (2).