Selcan Belçikada Avropa çempionu oldu

25.10.2026 12:58 27
İdman
Karateçimiz Selcan Babayeva Belçikada keçirilən kyokuşin karate üzrə Avropa çempionatında uğur qazanıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) “Kyokuşin (KAY) SENŞİ karate” üslubu üzrə milli komandasının üzvü qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

18 yaşadək idmançılar arasında 60 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Babayeva bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.