Kurban Berdıyevi devirən Perkonsun növbəti hədəfi Azər Bağırovdu

25.10.2026 13:10 18
Ölkə futbolu / Manşet
Fərid Namazovla vidalaşan “İmişli”də yeni baş məşqçinin kim olacağı ilə bağlı qeyri-müəyyənlik davam edir. Düzdü, bugünlərdə kollektivin yerli mütəxəssislərlə danışıq aparmadığı, ümumiyyətlə, uzun müddət yalnız legioner məşqçilərə güvənmək niyyətində olduğu haqda xəbərlər tirajlanıb. Ancaq klub tərəfindən hələ bu istiqamətdə söz-söhbətə aydınlıq gətirilməyib.

Bəs, “pələnglər” yeni baş məşqçi axtarışına çıxıbmı? Namizədlər üçün meyarlar müəyyənləşibmi? Ən əsası, komandanı Misli premyer-liqasının 9-cu turunda “Şamaxı” ilə matça kim çıxaracaq?

Bu suallarla klubun mətbuat katibi Bəhruz Musayevə müraciət etdik. “İmişli” rəsmisi “Football-plus.az”a açıqlamasında yeni baş məşqçi ilə bağlı hansısa məlumatın olmadığını, kollektivi növbəti matça da Ervins Perkonsun çıxaracağını açıqladı.

Xatırladaq ki, “pələnglər” adı çəkilən mütəxəssisin rəhbərliyi altında ötən həftə “Turan Tovuz”u məğlub edib (1:0). “Şirlər”lə oyun oktyabrın 25-də Yevlax şəhər stadionunda keçiriləcək və saat 15.00-da start götürəcək.

KƏNAN BAHADIR