Makdevid 139-a çatdı

26.03.2023 13:02 233
İdman
“Edmonton”un hücumçusu Konnor Makdevid MHL-də bu gün səhər keçirilən “Veqas”la oyunda (3:4 OT) məhsuldar ötürmə ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, kanadalı cari mövsümdə xal sayını 139-a (60+79) çatdırdı.

26 yaşlı Makdevid MHL tarixində bir mövsümdə topladığı xal sayına görə 25-ci yerə yüksəldi.

Bu göstəricidə rekordçu isə əfsanəvi Ueyn Qretskidi. O, 1985/86 mövsümündə 215 (52+163) xal toplayıb.