“Edmonton”un hücumçusu Konnor Makdevid komandasının “Reyncers”ə uduzduğu oyunda iki məhsuldar ötürmə ilə yadda qaldı.
Football-plus.az xəbər verir ki, bununla da o, cari mövsümdə 100 xal həddinə çatan ilk hokkeyçi oldu. Ertəsi “Kolorado” ilə oyunda da məhsuldar ötürmə verən Konorun hesabında artıq 102 xal var (42 qol + 60 ötürmə). Onun cari mövsümdə 57 oyun keçirdiyini də xatırladaq. Makdevid MHL tarixinə 5 və daha artıq mövsümdə 100 xal toplamağı bacaran 4-cü hokkeyçi kimi düşdü. Əvvəllər bunu Ueyn Qretski (9 mövsüm), Mario Lemye və Fil Espozito (hərəyə 6 mövsüm) bacarıb.